
Bakı.Trend:
Yaxın Şərqdə silahlı münaqişənin yenidən alovlanması fonunda
İran Omanda yerləşən ABŞ Silahlı Qüvvələrinə məxsus iki radara
zərbələr endirib. Zərbələr nəticəsində radarların sıradan çıxdığı
bildirilir.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH,
Silahlı Qüvvələrin elit bölmələri) mətbuat xidməti məlumat
yayıb.
“Bu gün səhərin erkən saatlarında cavab əməliyyatlarının davamı
olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri “Nəsr-2″ əməliyyatının 13-cü dalğası çərçivəsində Salama adasının
qayalarında yerləşən dəniz müşahidə radarını, həmçinin Omanın Qənam
bölgəsində yerləşdirilmiş ABŞ-yə məxsus hava nəzarəti radarını
vuraraq məhv edib”, – deyə bəyanatda bildirilir.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də
başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran
arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz
boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran
ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

