
Bakı.Trend:
İran 15-ci hücum dalğası çərçivəsində ABŞ-nin Qətərdə yerləşən
Əl-Udeyd aviabazasını hədəfə aldığını bildirib.
Bu barədə ölkənin IRIB dövlət xəbər agentliyi məlumat yayıb.
SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) bəyanatında qeyd
olunub ki, İranın hücumları nəticəsində uzaqmənzilli radiolokasiya
sistemi və ABŞ-yə məxsus bir neçə strateji yanacaqdoldurma
təyyarəsi məhv edilib.
“Bölgədəki bazaların sahibi olan Amerika bilməlidir ki, qırmızı
xətlərin keçilməsi, insanlara və mülki infrastruktura hücum çox
ağır və acınacaqlı bədəl tələb edəcək. Düşmən bu xətti davam
etdirəcəyi təqdirdə, onu daha sarsıdıcı cavablar gözləyir”,- deyə
bəyanatda bildirilib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən, demək olar ki, iflic vəziyyətə gəlib.

