
Bakı.Trend:
İspaniyanın Dövlət Meteorologiya Agentliyi (DMA) ölkədə yaxın
illərdə havanın temperaturunun 50 dərəcəyədək yüksələ biləcəyini
istisna etmir.
Bu barədə DMA-nın nümayəndəsi Xose Anxel Nunyes bildirib.
Onun sözlərinə görə, 50 dərəcə fiziki baxımdan mümkün
göstəricidir və yaxın illərdə krallığın hər hansı bir bölgəsində
qeydə alına bilər.
“Əslində, ötən həftə bəzi proqnoz modelləri Qvadalkivir çayı
vadisində havanın temperaturunun 50 dərəcəyə çatacağını göstərirdi.
Lakin sonradan proqnozlaşdırılan isti hava dalğasının intensivliyi
aşağı salındı”, – deyə ekspert qeyd edib.
O əlavə edib ki, yaxın gələcəkdə temperaturun bu həddə
çatacağını ehtimal etmək olar, lakin bunun nə vaxt baş verəcəyini
dəqiq söyləmək mümkün deyil.
DMA daha əvvəl bildirmişdi ki, 2026-cı ilin ilk yarısı
İspaniyada son 65 ilin ən isti dövrü olub.

