Heyvanların birja vasitəsilə satılması necə həllini tapacaq? – AQTA açıqladı

Baş səhifə

Bakı. Trend:

AQTA heyvanların birja vasitəsilə satılmasının həlli
məsələlərinə aydınlıq gətirib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, AQTA-nın sədr müavini Əli
Nəbiyev mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırarkən identifikasiya prosesi tam başa çatdıqdan sonra
heyvanların birjalar vasitəsilə satışı məsələsinə baxılmasının
mümkünlüyündən danışıb.

Onun sözlərinə görə, hazırda hər hansı heyvan barədə
identikləşdirilmiş məlumat olmadığı halda onun elektron
platformalar vasitəsilə satışının həyata keçirilməsi, sözsüz ki,
mümkün deyil:

“Hazırda ölkədə heyvanların identifikasiyası və qeydiyyatı
prosesi intensiv şəkildə davam etdirilir. Bu proses Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avtomatlaşdırılmış Qida
Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata
keçirilir. İdentifikasiya nəticəsində heyvanların peyvəndlənməsi,
müayinəsi və müalicəsi ilə bağlı məlumatlar vahid elektron məlumat
bazasında toplanır”.




Əli Nəbiyev vurğulayıb ki, söhbət mövcud heyvan bazarlarının
fəaliyyətinin məhdudlaşdırılmasından getmir. Hazırda heyvan
alqı-satqısı ənənəvi bazarlarda əvvəlki qaydada davam edir.

Onun sözlərinə görə, heyvanların identifikasiyasının plan üzrə
yekunlaşdırılmasından və müvafiq normativ tənzimləmələrin qəbul
edilməsindən sonra heyvanların həm də birjalar vasitəsi ilə satışı
həyata keçirilə bilər.

Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzli ötən günlərdə Trend-ə müsahibəsində
gələcəkdə fiziki heyvan bazarlarının ləğv edilib satışın birja
formasına keçiriləcəyini açıqlamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir