
Bakı. Trend:
“Sumqayıt” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı
razılıq əsasında xitam verilib.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Sənan Muradlı, Aleksandr
Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.

