Bakıda yağış yağacaq, şimşək çaxacaq

Baş səhifə

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz
keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində
qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iyulun 18-də mülayim şimal-qərb küləyi əsəcək və
havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti
olacaq.




Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə
70-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin bəzi
dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların
bir qədər güclənəcəyi ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38°
isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir