Dünya çempionatı “Barselona”ya 2,8 milyon avro qazandıracaq

Baş səhifə

Bakı. Trend:

“Barselona” futbolçularının dünya çempionatında iştirakına görə
FIFA-nın kompensasiya proqramı sayəsində büdcəsini 2,8 milyon avro
artıracaq.

Bu barədə AS nəşri məlumat yayıb.

Ödənişlər mundialda öz milli komandalarını təmsil edən 16
futbolçuya görə hesablanıb. Bu məbləğ 2022-ci il dünya
çempionatından sonra klubun əldə etdiyi 4,4 milyon avro ilə
müqayisədə azdır.




​FIFA milli komandaya çağırılan hər bir futbolçu üçün klublara
kompensasiya ödəyir. Seçmə mərhələdə bu məbləğ futbolçunun meydana
çıxıb-çıxmamasından asılı olmayaraq, hər oyun üçün 2063 avro təşkil
edir.

Dünya çempionatının final mərhələsində isə kompensasiyanın
məbləği hər bir futbolçu üçün gündəlik 4330 avroyadək artıb.
Ödənişlər oyunçunun milli komandanın düşərgəsinə qoşulduğu ilk
gündən etibarən komandasının turnirdəki çıxışını başa vurduğu günün
ertəsinədək hesablanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir