İran Küveytin yanacaq terminalını bombalayıb

Baş səhifə

Bakı.Trend:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytin
Əl-Əhmədi limanında ABŞ Hərbi Dəniz Qüvvələrinin yanacaq təchizatı
terminalına zərbə endirib.

Bu barədə “Tasnim” agentliyi SEPAH-ın bəyanatına istinadən xəbər
verir.

“SEPAH hərbçiləri pilotsuz uçuş aparatları və raketlərdən
istifadə etməklə Küveytin Əl-Əhmədi limanında ABŞ Hərbi Dəniz
Qüvvələrinin yanacaq təchizatı terminalına sarsıdıcı zərbə
endiriblər”, – deyə bəyanatda bildirilir.




Məlumata görə, terminaldan əlavə, ABŞ-yə məxsus rabitə və
radioistiqamətləndirmə mərkəzi də məhv edilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir