
Bakı.Trend:
İyulun 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən
bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən
məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən
borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

