ABŞ-nin Pakistandakı baş konsulluğu bağlanıb

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Pakistanın Pişəvər şəhərində yerləşən baş konsulluğu
fəaliyyətini tam dayandırıb.

Bu barədə diplomatik nümayəndəliyin rəsmi “X” səhifəsindəki
bəyanatında qeyd edilib.




“Xeybər-Paxtunxva əyaləti ilə diplomatik qarşılıqlı fəaliyyətlə
bağlı səlahiyyətlər ABŞ-nin İslamabaddakı səfirliyi yanında əyalət
üzrə işlər şöbəsinə (KPU) ötürülüb”, – deyə bəyanatda
bildirilib.

ABŞ Dövlət Departamenti Pişəvərdəki baş konsulluğun mərhələli
şəkildə bağlanacağını mayın əvvəlində elan etmişdi. Qeyd olunub ki,
bu qərar diplomatik heyətin təhlükəsizliyinin təmin edilməsi və
resursların daha səmərəli bölüşdürülməsi zərurəti nəzərə alınaraq
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir