İsrail ərəb ölkəsində erməni hərbçini öldürdü

Baş səhifə

Livan ordusunda xidmət edən erməniəsilli Patrik Bekaryan İsrailin hücumu nəticəsindı ölüb.

Modern.az xəbər verir ki, Livan Müdafiə Nazirliyi erməni əsilli hərbçi Patrik Bekaryanın öldüyünü təsdiqləyib.

Məlumata görə, 23 yaşlı hərbçi bu ilin 19 aprel tarixindən itkin düşmüş hesab olunurdu. Nazirliyin açıqlamasında bildirilib ki, Patrik Bekaryan İsrail hərbçilərinin avtomobilinə açdığı atəş nəticəsində ölüb.

Qeyd olunub ki, hərbçinin nəşi İsrail tərəfində saxlanılıb. Cənazə yalnız iyulun 15-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Livana təhvil verilib.

Beləliklə, erməni əsilli hərbçinin meyiti ölümündən təxminən üç ay sonra ailəsinə qaytarılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir