“Moody’s” SOCAR-ın uzunmüddətli reytinqini Baa3 səviyyəsində saxlayıb

Baş səhifə

Bakı.Trend:

“Moody’s Ratings” Beynəlxalq reytinq agentliyi Azərbaycanın
Dövlət Neft Şirkəti SOCAR-ın reytinqlərini, o cümlədən uzunmüddətli
emitent reytinqini sabit proqnozla Baa3 səviyyəsində
təsdiqləyib.

“SOCAR-ın reytinqi şirkətin ba2 səviyyəsində baza kredit
qiymətləndirməsini, Azərbaycan hökumətinin Baa3 reytinqini, SOCAR
ilə dövlət arasında çox yüksək asılılığın olmasını, həmçinin
maliyyə çətinlikləri yaranacağı təqdirdə dövlət dəstəyinin
göstərilməsi ehtimalının yüksək olmasını əks etdirir”, – deyə “Moody’s”in hesabatında bildirilir.

Agentliyin qiymətləndirməsinə görə, SOCAR-ın baza kredit
qiymətləndirməsi şirkətin Azərbaycanın neft-qaz sektorunda mühüm
rolunu və milli iqtisadiyyat üçün strateji əhəmiyyətini, sabit
maliyyə nəticələrini, güclü kredit göstəricilərini, eləcə də
əhəmiyyətli maliyyə ehtiyatlarına malik və zərurət yarandıqda
şirkətə maliyyə dəstəyi göstərə bilən hökumətlə sıx əlaqələrini əks
etdirir.

Bununla yanaşı, agentlik şirkətin kredit profilini
məhdudlaşdıran bir sıra amillərə də diqqət çəkib.




“SOCAR-ın reytinqi, həmçinin karbohidrogen hasilatının həcminin
azalmasını, birləşmə və satınalmalar sahəsində artan fəallığı,
korporativ idarəetmənin xüsusiyyətlərini, neft qiymətlərindəki
dəyişkənliyə məruz qalmanı və şirkətin biznes fəaliyyətinin əsasən
Azərbaycanda təmərküzləşməsini nəzərə alır”, – deyə agentliyin
hesabatında qeyd olunub.

Reytinq üzrə sabit proqnoz “Moody’s”in SOCAR ilə dövlət arasında
möhkəm əlaqələrin qorunub saxlanacağına, həmçinin şirkətin orta
müddətli perspektivdə dayanıqlı maliyyə göstəricilərini təmin etmək
qabiliyyətinə dair gözləntilərini əks etdirir.

Qeyd edək ki, SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, neft,
qaz və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və
neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı,
Azərbaycanda sənaye müəssisələrinin və əhalinin, eləcə də Avropanın
təbii qazla təchizatı ilə məşğuldur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir