
Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz
vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barıdə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional
Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan
çay dərəsinə yıxılıb bədən xəsarəti alaraq köməksiz vəziyyətdə
qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən
çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil
veriblər.

