“İyulun iki günü” sənədli filmi Space TV-də nümayiş olunacaq – Video

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan iki
əlamətdar tarixə həsr olunan “İyulun iki günü” adlı sənədli film
iyulun 22-də Space TV-nin efirində nümayiş olunacaq.

Film Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab
edilən iki iyul gününə fərqli rakursdan nəzər salır. Ekran əsərində
1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda
rəhbərliyə gəlişi ilə başlanan inkişaf mərhələsi və 1990-cı il
iyulun 22-də onun doğma Naxçıvana qayıdışı ilə ölkənin müstəqillik
yolunda yeni siyasi mərhələnin əsaslarının formalaşması paralel
xətt üzrə təqdim edilir.

Sənədli filmdə vurğulanır ki, bu iki tarix arasında ötən 21 il
təkcə zaman fərqi deyil, həm də vahid siyasi xəttin, dövlətçilik
düşüncəsinin və Azərbaycanın gələcəyinə hesablanmış strateji
baxışın davamıdır. Filmdə birinci iyul gününün ölkənin iqtisadi,
sosial və mənəvi inkişafı üçün möhkəm təməllərin qoyulduğu dövrün
başlanğıcı, ikinci iyul gününün isə həmin potensialın müstəqil
dövlət quruculuğu mərhələsində siyasi dayağa çevrildiyi tarixi
mərhələ olduğu real faktlar əsasında təqdim edilir.




Filmdə hər iki tarixi dövrün şahidi və iştirakçısı olmuş
görkəmli dövlət xadimləri və ziyalılar müsahib qismində çıxış
edərək həmin dövrün ictimai-siyasi prosesləri, qəbul olunan mühüm
qərarlar və onların Azərbaycanın inkişafına təsiri barədə
dəyərləndirmələrini bölüşürlər.

“İyulun iki günü” sənədli filminin ideya müəllifi Ayaz
Mustafayev, ssenari müəllifi Sahil Tahirli, məsləhətçisi İlham
Tumas, rejissoru Arzu Həsənov, redaktoru isə Pərvin
İsmayılovadır.
“İyulun iki günü” sənədli filmi iyulun 22-də Space TV-nin efirində
tamaşaçılara təqdim olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir