Türkiyədə meşələr yanır 

Baş səhifə

Türkiyənin Kütahya və Aydın vilayətlərində, həmçinin İstanbulun Çatalca rayonunda irimiqyaslı meşə yanğınları başlayıb.

Modern.az xəbər verir ki, hazırda xilasetmə qrupları alovların söndürülməsi üçün havadan və qurudan intensiv mübarizəni davam etdirir.

Ən ağır vəziyyət isə Kütahyanın Tavşanlı rayonunun Yaylacık ərazisində müşahidə olunur. Yanğın zonasına havadan müdaxilə üçün 7 helikopter və 4 yanğınsöndürmə təyyarəsi cəlb olunub. Qurudan isə yanğınsöndürmə işlərinə 22 su çəni, çoxlu sayda texnika və yüzlərlə işçi cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir