MİQ imtahanından 4 nəfər uzaqlaşdırılıb – MÜTDA

Baş səhifə

Bakı. Trend:

2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə
müsabiqənin test imtahanı mərhələsi uğurla başa çatıb, 4 nəfər
namizəd imtahandan kənarlaşdırılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına
əsasən, 14–18 iyul tarixlərində təşkil olunan test imtahanlarına
ümumilikdə 32222 namizəd dəvət olunub. Test imtahanı mərhələsi üzrə
davamiyyət göstəricisi 96% təşkil edib.

“Test imtahanının son günü üzrə apellyasiya müraciətlərinin
qəbulu 19 iyul saat 12:00-dan etibarən başlayacaq”, – mətbuat
xidmətinin məlumatında bildirilib.




Məlumata görə, test imtahanı mərhələsi zamanı qaydaları
pozduqları müəyyən edilən 4 nəfər namizəd imtahandan
kənarlaşdırılıb. İmtahan prosesinin şəffaflığının və
obyektivliyinin təmin edilməsi məqsədilə nəzarət tədbirləri bütün
imtahan mərkəzlərində davam etdirilib.

Müsabiqənin növbəti mərhələsi barədə məlumat yaxın günlərdə
ictimaiyyətə açıqlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir