
Bakı. Trend:
İyulun 17-də ABŞ-nin iki hərbi qulluqçusu İordaniyada döyüş
zamanı həlak olub. Hadisə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və
tərəfdaş qüvvələrin İranın ballistik raket və pilotsuz uçuş
aparatlarının hücumlarını dəf etdiyi vaxt baş verib. Bundan əlavə,
bir ABŞ hərbçisi hazırda itkin düşmüş hesab olunur.
Bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən “X” sosial şəbəkəsində verilib.
“ABŞ-nin daha dörd hərbi qulluqçusu tibbi yardım göstərilməsi
üçün İordaniyadakı xəstəxanalara təxliyə edilib. Onlar artıq
xəstəxanadan buraxılıblar. Yüngül xəsarət alan digər hərbçilər isə
xidmətlərini davam etdirmək üçün öz bölmələrinə qayıdıblar.
Həlak olan hərbçilərin ailələrinə hörmət əlaməti olaraq, CENTCOM
yaxın qohumları məlumatlandırıldıqdan sonra 24 saat keçənədək əlavə
məlumat, o cümlədən həlak olan hərbçilərin adlarını
açıqlamayacağını bildirib”, – deyə məlumatda qeyd edilib.

