Mbappe Messini keçərək DÇ tarixinin ən məhsuldar bombardiri oldu

Baş səhifə

Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən məhsuldar bombardiri olub.

Modern.az xəbər verir ki, 27 yaşlı futbolçu DÇ-2026-da İngiltərə yığmasına qarşı üçüncü yer uğrunda keçirilən görüşdə dubla imza ataraq mundiallardakı qollarının sayını 22-yə çatdırıb.

Bununla da o, dünya çempionatları tarixinin bombardirləri siyahısında 21 qolu olan argentinalı Lionel Messini geridə qoyaraq yeni rekorda imza atıb.

Siyahıda üçüncü pillədə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze 16 qolla qərarlaşıb. Aktiv futbolçular arasında isə 14 qolla İngiltərə yığmasının hücumçusu Harri Keyn yer alıb.

Qeyd edək ki, Mbappe 2024-cü ildən İspaniyanın “Real” klubunun formasını geyinir. O, Fransa millisinin heyətində 2018-ci il dünya çempionu, 2022-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir