Rubio Kubaya insan hüquqları ilə bağlı çağırış edib

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Kubanı siyasi səbəblərlə həbs
olunduğu bildirilən 700-dən çox məhbusu dərhal azad etməyə
çağırıb.

Rubio bu bəyanatı tanınmış kubalı dissident rəssam Luis Manuel
Otero Alkantaranın beş il həbsdə qaldıqdan sonra azadlığa
buraxılması ilə bağlı açıqlamasında verib.




ABŞ dövlət katibi bildirib ki, Luis Manuel Otero Alkantara artıq
Kubanı tərk edərək ABŞ-a gəlib.

“Rejimin qanunsuz şəkildə həbsdə saxladığı 700-dən çox siyasi
məhbusun dərhal azad edilməsini tələb edirik. Beynəlxalq
ictimaiyyət Kuba hakimiyyətinin insan hüquqlarını pozmasına daha
laqeyd qalmamalı və bu repressiyaların dayandırılması üçün bizə
qoşulmalıdır”, – deyə Rubio vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir