Şuşada ilk açıq hava kitabxanası istifadəyə verilib

Baş səhifə

Bakı. Trend:

Vaqif Poeziya Günləri çərçivəsində Mədəniyyət Nazirliyi, Şuşa
Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azercell Telekom” MMC və “Aztelekom”
MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində “Kitab dayanacağı” –
ilk açıq hava kitabxanası istifadəyə verilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, layihənin məqsədi
mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği,
eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının
genişləndirilməsidir.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan
Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru
Tural Novruzov, “Azercell”in Korporativ ünsiyyət departamentinin
direktoru Sona Abbasova iştirak ediblər.




Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında
yaradılan layihə – “Kitab dayanacağı” 24 saat fəaliyyət göstərəcək.
Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan
kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.

“Kitab dayanacağı”nın ilk qonağı müasir Azərbaycan poeziyasının
tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub. Azərbaycan
Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid
Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin
yaradıcılıq yolundan söz açılıb.

Vahid Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının
suallarını cavablandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir