Millimiz Avropa çempionatının A liqasına yüksəldi

Baş səhifə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin final görüşünə çıxıb.

Modern.az xəbər verir ki, milli həlledici qarşılaşmada Latviya yığmasını 4:0 hesabı ilə məğlub edib. Komandanın qollarını Elşad Mandafov (2), Orxan Məmmədov və Ramil Əliyev vurublar.

Bu qələbə sayəsində Azərbaycan millisi EBSL-in B Liqasının qalibi olub. Bununla yanaşı, yığmamız Avropa çempionatının A Liqasına yüksələrək növbəti mövsümdən qitənin ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.

Azərbaycan millisi turnir ərzində uğurlu çıxışı ilə seçilərək həm çempionluğa, həm də A Liqasına vəsiqəyə sahib çıxıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir