6 ayda 8,5 milyon təhlükəli keçid bloklanıb

Baş səhifə

Bakı.Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
(XRİTDX) 6 ayda 8,5 milyon təhlükəli keçid və 2,6 milyon zərərli
e-poçtu bloklayıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
(XRİTDX) 2026-cı ilin ilk altı ayının yekunlarına həsr olunmuş
müşavirəsində bildirilib ki, hesabat dövründə dövlət informasiya
ehtiyatlarının və kritik informasiya infrastrukturunun
mühafizəsinin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə
olunub.

XRİTDX-nin rəisi general-leytenant İlqar Musayevin sözlərinə
görə, “AzStateNet” şəbəkəsində tətbiq olunan yeni nəsil
təhlükəsizlik həlləri vasitəsilə 8,5 milyona yaxın təhlükəli URL
keçidi, eləcə də 4 milyondan artıq virus, casus proqram və digər
zərərli fəaliyyət əlamətləri daşıyan şəbəkə trafiki bloklanıb. Eyni
zamanda, “Sandbox” sistemi tərəfindən 64 mindən artıq zərərverici
fayl aşkarlanaraq zərərsizləşdirilib.




Müşavirədə qeyd olunub ki, ilk altı ay ərzində ümumilikdə 2,5
milyona yaxın kibertəhdid zərərsizləşdirilib. Onlardan 700 mindən
çoxu mərkəzləşdirilmiş antivirus sistemi, qalan hissəsi isə digər
müasir kibertəhlükəsizlik həlləri vasitəsilə bloklanıb.

Bildirilib ki, hesabat dövründə dövlət elektron poçt xidməti
vasitəsilə 8 milyondan artıq elektron məktub emal olunub ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artım deməkdir. Emal
olunan məktubların 5,7 milyonu istifadəçilərə təhlükəsiz
çatdırılıb, 2,6 milyondan çox zərərli elektron məktub isə
bloklanıb.

Müşavirənin yekununda kibermüdafiə imkanlarının daha da
gücləndirilməsi, rəqəmsal təhlükəsizlik sahəsində qabaqlayıcı
tədbirlərin genişləndirilməsi və strateji hədəflərin vaxtında
icrası ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir