
Bakı. Trend:
Yelo Bank taksit kartı sahibləri üçün möhtəşəm yay kampaniyasına
start verib. İyulun 31-dək Yelo Bank-a məxsus ATM-lərdən və
filiallarda Yelo taksit kartı
ilə nağdlaşdırma tam komissiyasızdır. Əlavə heç bir kommissiya
ödəmədən, ehtiyacın olan nağd pulu dərhal əldə et və planlarını
gerçəkləşdir.
Bu sərfəli kampaniya ilə yanaşı, Yelo Taksit kartı gündəlik
alış-verişlərdə parlaq üstünlüklər təqdim edir:
- 70 günədək güzəşt dövründən yararlanmaq imkanı;
- 400 – 10 000 AZN-dək kredit xətti;
- Alış-verişləri 24 ayadək taksitlə ödəmək rahatlığı;
- 5 illik kart müddəti və 48 ayadək kredit müddəti.
Üstəlik, kartı yeni əldə edən müştərilərə özəl olaraq bir aylıq “Xoş gəldin” keşbek kateqoriyası hədiyyə olunur! Bu isə seçilmiş
kateqoriyalarda yüksək faizli keşbeklər qazanmaq deməkdir. Yelo
Taksit kartı: https://ylb.az/taksitkart.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

