Tramp tarixin ən yaxşı dünya çempionatının keçirildiyini bildirib

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının
finalından sonra bildirib ki, başa çatan turnir FİFA-nın himayəsi
altında keçirilən əvvəlki bütün dünya çempionatlarını geridə
qoyub

Bu barədə “Fox News” məlumat yayıb.




“İstər futbol, istərsə də sokker adlandırın, fərqi yoxdu, amma
buna bənzər bir şey olmayıb. Bu, möhtəşəm idi. Bu turnir FİFA-nın
keçirdiyi istənilən çempionatdan dörd dəfə, əslində isə bəlkə də
beş dəfə daha möhtəşəm idi. Bu, tarixdə ən möhtəşəm idman
hadisələrindən biri oldu. Turniri yüksək səviyyədə keçirdiyimizə,
dünyanın hər yerindən insanların ölkəmizə gəlib onu sevdiyinə görə
çox şadıq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatının final
görüşü İspaniya millisinin Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə
məğlub etməsi ilə başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir