Hindistanda musson yağışları – Azı 21 nəfər ölüb

Baş səhifə

Bakı.Trend:

Hindistanın şimal və şimal-şərq bölgələrində musson yağışlarının
yaratdığı qəfil daşqınlar, torpaq sürüşmələri nəticəsində bir gün
ərzində azı 21 nəfər həlak olub.

Bu barədə “The Independent” nəşri yazır.

Sinoptiklər yaxın günlərdə yağıntıların davam edəcəyi ilə bağlı
xəbərdarlıq ediblər.

Bazar günü ölüm halları Cammu və Kəşmir, Naqaland və Uttarakhand
ştatlarında qeydə alınıb.




Himalay bölgəsində yerləşən Cammu və Kəşmirdə azı 11 nəfər
həyatını itirib, bir neçə nəfər isə itkin düşüb. Xilasetmə qrupları
torpaq sürüşməsi altında qaldığı ehtimal edilən şəxslərin
axtarışını davam etdirir. Rəsmilər ölənlərin sayının artacağını
istisna etməyiblər.

Yerli KİV-lərin məlumatına görə, ən çox zərər çəkmiş Racouri və
Punç rayonlarında leysan yağışları, torpaq sürüşmələri və qəfil
daşqınlar yollara, yaşayış evlərinə və ticarət obyektlərinə ciddi
ziyan vurub.

Hindistanın şimal-şərqində yerləşən Naqaland ştatında isə Mon
rayonunda baş verən leysan yağışları və qəfil daşqınlar nəticəsində
azı səkkiz nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yerli rəsmilərə
istinadən PTI və ANI agentliklərinin yaydığı məlumata görə, təbii
fəlakət evləri dağıdıb, yolları bağlayıb və bir sıra insanları
dağıntılar altında qoyub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir