Argentinada milli komandanın final məğlubiyyəti iğtişaşlara yol açıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Argentinanın paytaxtı Buenos-Ayresdə ölkə millisinin futbol üzrə
2026-cı il dünya çempionatının finalında məğlub olmasından sonra
iğtişaşlar baş verib.

Xarici medianın məlumatına görə, matç başa çatdıqdan sonra
minlərlə azarkeş milli komandaya dəstəyini ifadə etmək üçün şəhərdə
toplaşıb. Əvvəlcə aksiya dinc şəraitdə keçsə də, sonradan bir qrup
şəxs polis əməkdaşlarını daş və şüşə butulkalarla atəşə tutub.




Toqquşmalar nəticəsində 7 polis əməkdaşı xəsarət alıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aqressiv
davranan iğtişaş iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan
və su şırnaqlarından istifadə ediblər. Ən azı 15 nəfər
saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir