İspaniyada final qələbəsi qeyd olunan zaman faciə yaşanıb

Baş səhifə

Bakı.Trend:

İspaniyada futbol üzrə dünya çempionatının finalında milli
komandanın qələbəsinin qeyd edilməsi zamanı bir yeniyetmə faciəvi
şəkildə həyatını itirib. Hadisə Kastiliya və Leon muxtar icmasının
Syudad-Rodriqo yaşayış məntəqəsində baş verib.

“El País” qəzetinin yazdığına görə, gənclər qələbəni qeyd etmək
üçün fəvvarənin içərisində olarkən konstruksiyanın bir hissəsi
çöküb. Polis əməkdaşları gənc oğlana kömək göstərməyə çalışsalar
da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.




Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.

İyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində
Argentina və İspaniya Milli Komandaları arasında DÇ2026 final oyunu
keçirilib. Əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə qalib gələn
İspaniya millisi dünya çempionu olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir