Prezident İlham Əliyev İspaniya Kralını DÇ-2026-dakı qələbə münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə İspaniya
milli futbol komandasını dünya çempionu olması münasibətilə təbrik
məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:

“Əlahəzrət,

2026 FIFA Dünya Kubokunda İspaniya milli futbol komandasının
möhtəşəm qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması
münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Futbol üzrə dünya birinciliyinin oyunlarında yüksək ustalıq,
böyük əzmkarlıq və sarsılmaz iradə nümayiş etdirərək azarkeşlərinə
unudulmaz anlar və hədsiz sevinc bəxş etmiş İspaniya futbolçularına
ən səmimi təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar
arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir