Britaniya Baş naziri fəaliyyətini başa vurduğunu bildirib

Baş səhifə

Bakı.Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu postda fəaliyyətini
başa vurduğunu bəyan edib.

Bu barədə Britaniya KİV-də məlumat yayılıb.

Starmer özündən sonra bu posta gələcək Endi Bernemə uğurlar
arzulayıb.




“Həyatım boyu mənə göstərilən ən böyük şərəf sizə və bu möhtəşəm
ölkəyə baş nazir kimi xidmət etmək olub. Əminəm ki, bu gün Böyük
Britaniya iki il əvvəlkindən daha güclü və daha ədalətli ölkədir”,
– deyə Starmer xalqa son müraciətində bildirib.

O, hökumətinin əsas nailiyyətləri kimi yoxsulluq səviyyəsinin
azalmasını, immiqrasiyanın məhdudlaşdırılmasını, ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsini və beynəlxalq nüfuzunun
artırılmasını göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir