Ali və orta ixtisas təhsili proqramları yenilənəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda əmək bazarının tələblərinə uyğun olaraq ali və orta
ixtisas təhsili proqramlarının yenilənməsi həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq
Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün
Tədbirlər Planı”nda öz əksini tapıb.




Tədbirlər Planına əsasən, layihənin əsas icraçısı Elm və Təhsil
Nazirliyi, digər icraçılar isə aidiyyəti dövlət qurumlarıdır.
Tədbirin icrası 2026–2030-cu illəri əhatə edəcək

Sənədə əsasən, ilk mərhələdə ali və orta ixtisas təhsili
pillələri üzrə yenilənməsinə ehtiyac olan təhsil proqramları
müəyyənləşdiriləcək. Daha sonra əmək bazarının mövcud və perspektiv
tələbləri nəzərə alınmaqla həmin proqramlar yenilənəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir