Almaniya Azərbaycana yeni səfir təyin edib

Baş səhifə

Almaniya Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyi APA-nın sorğusuna cavab olaraq məlumat verib.

Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub.

Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasına başlayacaq.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı əvvəlki səfiri Ralf Horlemann diplomatik fəaliyyət müddətini başa vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir