Rusiya bazarında itirən Ermənistan Avropada qazandı 

Baş səhifə

Rusiya bazarında sanskiyalara məruz qalan Ermənistan istehsalçıları çıxış yolunu Avropa İttifaqında tapıblar.

Modern.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, yerli şirkətlər artıq Aİ ölkələrinə balıq və balıq məhsulları ixrac etmək hüququ əldə ediblər. Nazirin sözlərinə görə, İrəvan bütün zəruri icazələri alıb və müvafiq prosedurları təsdiqləyib. Bu addım erməni şirkətlərinə itirilmiş Rusiya bazarının əvəzinə yeni satış kanalları tapmaq imkanı verir.

Xatırladaq ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyun ayının başlanğıcından etibarən Ermənistandan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb etmişdi.

May ayından başlayan kütləvi qadağalar çərçivəsində balıqla yanaşı, Ermənistandan gətirilən tərəvəz, meyvə, gül, mineral su, quru meyvələr və digər kənd təsərrüfatı məhsullarının da Rusiyaya idxalı dayandırılıb.

 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir