
Bakı. Trend:
Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Toyota” markalı
avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil
telefon və qulaqlıq oğurlanıb, hadisə ilə bağlı şübhəli şəxslər
saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X.İsgəndərova, 34 yaşlı
A.Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum
olunmuş A.Rəfiyev müəyyən olunaraq saxlanılıb.
“Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində
velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29
yaşlı M.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır”.

