Çexiyada bağça və məktəblərdə uşaqların telefondan istifadəsi qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Çexiya hökuməti uşaqların təhsil müəssisələrində mobil
telefonlardan və digər elektron qadcetlərdən istifadəsini qadağan
edən qanun layihəsini təsdiqləyib.

Bu barədə ČTK informasiya agentliyi məlumat yayıb.

Qadağa uşaq bağçalarına, ümumtəhsil məktəblərinə, gimnaziyaların
aşağı siniflərinə və musiqi məktəblərinə şamil olunacaq.




Qanun layihəsinə əsasən, şagirdlərə dərs zamanı, tənəffüslərdə
və məktəb yeməkxanalarında mobil telefon, planşet və noutbuklardan
istifadə etmək qadağan ediləcək. Məhdudiyyət həmçinin uzadılmış gün
qruplarına və məktəblərdə fəaliyyət göstərən müxtəlif dərnəklərə də
aid olacaq.

Qaydalarda sağlamlıq problemləri ilə əlaqədar mobil cihazlardan
istifadəyə ehtiyacı olan uşaqlar üçün istisnalar nəzərdə
tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir