
Bakı.Trend:
Bu ilin əvvəlindən etibarən Fransada təbii yanğınlar nəticəsində
zərər çəkən ərazilərin sahəsi təxminən 40 min hektara çatıb.
Bu barədə Fransanın daxili işlər naziri Loran Nünyes “France
Inter” radiosunun efirində bildirib.
“Yanaraq məhv olmuş meşə və bitki örtüyünün sahəsi 40 min
hektardan bir qədər azdır. Bu, ötən illə, eləcə də onsuz da
müstəsna hesab olunan 2022-ci ilin eyni dövrü ilə müqayisədə xeyli
çoxdur”, – deyə nazir vurğulayıb.
İyulun 20-də Fransanın milli meteorologiya xidməti Meteo-France
ölkənin 27 departamentində meşə yanğınları riskinin yüksək olduğunu
elan edib, 6 departamentdə isə güclü istilərlə əlaqədar hava
təhlükəsinin sondan bir əvvəlki – narıncı səviyyəsini tətbiq
edib.

