
Bakı.Trend:
“Nokia” brendi altında rekord tutumlu batareyaya malik düyməli
telefon təqdim olunub.
Bu barədə “Notebookcheck” nəşri məlumat yayıb.
“Nokia 300 Power Bank” modeli Filippində təqdim edilib. Mobil
cihaz uzun illərdir əfsanəvi Finlandiya brendi altında klassik
düyməli telefonları yenidən istehsal edən HMD Global şirkəti
tərəfindən hazırlanıb.
Qurğunun əsas fərqləndirici xüsusiyyəti 3700 milliamper-saat
(mAh) tutumlu rekord göstəriciyə malik batareyadır. HMD-nin
məlumatına görə, telefon gözləmə rejimində 45 günədək, danışıq
rejimində isə 26 saatadək işləyə bilir.
Bundan əlavə, cihaz USB-C portu ilə təchiz olunub ki, bu da ona
digər qurğuları enerji bankı (power bank) kimi qoşaraq enerji ilə
doldurmağa imkan verir.

