
Bakı. Trend:
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patelin bu
ilin payızında Rusiyaya səfər edəcəyi gözlənilir.
Bu barədə “Politico” nəşri ABŞ administrasiyasındakı mənbəyə
istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Keş Patelin Rusiyaya səfəri ilin sonuna
yaxın, böyük ehtimalla oktyabrın ortalarında baş tutacaq.
Mənbənin bildirdiyinə əsasən, səfərin oktyabrın 14-15-də
keçirilməsi nəzərdə tutulur. FTB direktorunun Moskva və
Sankt-Peterburqa da baş çəkməsi istisna edilmir.
Hazırda mümkün səfərlə bağlı əlavə təfərrüatlar
açıqlanmayıb.

