Magistraturaya ixtisas seçimi bu gün başlayacaq – DİM

Baş səhifə

2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında əvvəlcədən verilən elana görə, prosesə dünən start verilməli idi.

Lakin dünən magistratura üzrə ixtisas seçimi üçün sistem aktiv edilmədiyindən bakalavrlar çaş-baş qalıblar.

Modern.az xəbər verir ki, bununla əlaqədar Dövlət İmtahan Mərkəzinə (DİM) çox sayda suallar ünvanlanıb.

DİM-dən həmin suallara cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçiminin bu gün başlanması nəzərdə tutulur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir