
Bakı. Trend:
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri Endi Börnhemə təbrik məktubu
ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Böyük
Britaniya vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Biz zəngin və xoş ənənələrə əsaslanan Azərbaycan-Birləşmiş
Krallıq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət
veririk. İqtisadi-ticari əməkdaşlığımızın dinamikası, enerji
sahəsində sınaqdan çıxmış strateji tərəfdaşlığımızın gündən-günə
dərinləşməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Ölkənizi təmsil edən şirkətlər Azərbaycanda bir sıra vacib
layihələrə cəlb olunub və burada ölkə iqtisadiyyatının istər neft,
istərsə də qeyri-neft sektorunda səmərəli fəaliyyət göstərirlər. bp
şirkəti ilə uzun illərdən bəri davam edən, həm ənənəvi, həm də
bərpaolunan enerji sahəsində uğurlu birgə fəaliyyətimizi xüsusi
qeyd etmək istərdim. Torpaqlarımızın işğaldan azad olunmasından
sonra Azərbaycanın dəvət etdiyi ilk xarici şirkətlər sırasında
Birləşmiş Krallığın şirkətlərinin yer alması və bu gün orada
aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etməsi
ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsindən xəbər
verir.
Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında dostluq
əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə
səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək,
tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Sizə bir daha təbriklərimi çatdırır, qarşıdakı məsul
fəaliyyətinizdə uğurlar diləyirəm”.

