Tbilisi küçələri su altında qalıb (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda yağan güclü
yağışlar ciddi fəsadlar törədib.

Gürcüstan mediasının məlumatına görə, leysan yağışları
nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində
küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış
binalarının zirzəmilərini su basıb.

Əlverişsiz hava səbəbindən şəhərin müxtəlif hissələrində
avtomobillərin hərəkəti çətinləşib.




Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin
məlumatına əsasən, iyulun 21-nə keçən gecə Tbilisi və ətraf
rayonlarda arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların
intensiv olacağı proqnozlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir