
Bakı.Trend:
Argentinalı futbol ulduzu Lionel Messi milli komandadakı
karyerasını başa vurub.
Bu barədə idman jurnalisti Ernan Kastilyo məlumat yayıb.
Onun sözlərinə görə, DÇ-2026-nın final matçı başlamazdan əvvəl
hücumçu geyinib-soyunma otağında çox təsirli və emosional bir
nitqlə çıxış edib və bu matçının onun Argentina yığmasındakı son
oyunu olacağını dilə gətirib.
2026-cı il futbol üzrə dünya çempionatının finalında Argentina
millisi əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.
Hazırda 39 yaşı olan Messi 2023-cü ildən Şimali Amerika Futbol
Liqasında (MLS) çıxış edən “İnter Mayami” klubunun formasını
geyinir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın “Barselona”
klublarında çıxış edib. Messi “Barselona” ilə dörd dəfə UEFA
Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə UEFA
Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

