
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal oluna malların bir
hissəsinə əlavə 50%-lik rüsumların tətbiqi haqqında fərman
imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
İmzalanmış fərman avqustun 19-da qüvvəyə minəcək.
Qeyd edilir ki, belə bir qərar Kanadanın ABŞ istehsalı olan
avtomobillərə qarşı tətbiq etdiyi qərəzli tarif siyasətinə cavab
olaraq qəbul edilib.
Tramp administrasiyası bildirir ki, Kanadanın tətbiq etdiyi
məhdudiyyətlər ABŞ-dan avtomobil ixracının təxminən 22% azalmasına
səbəb olub və yeni rüsumların Ottavanı ticarət siyasətinə yenidən
baxmağa vadar edəcəyinə ümid edir.

