
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Belçikalıların Kralı
Əlahəzrət Filipə təbrik məktubu ünvanlayıb.
Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib. Məktubda qeyd olunub:
“Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, Belçika
xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

