Qayanada bərə batıb – 30-a yaxın ölən var

Baş səhifə

Bakı.Trend:

Qayana sahillərində “MV Barima” bərəsinin qəzaya uğraması
nəticəsində 27 nəfər həlak olub, 83 nəfər isə itkin düşüb.

Bu barədə respublikanın İctimai İnformasiya Departamenti məlumat
yayıb.




Qurumun açıqlamasında bildirilir ki, son məlumata görə,
sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 69 nəfər xilas edilib,
27 nəfərin meyiti aşkarlanıb, 83 nəfərin axtarışları isə davam
edir.

Qayananın Baş naziri Mark Fillips keçirdiyi mətbuat konfransında
bildirib ki, sağ qalanların tapılacağına ümid edildiyi üçün
axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Onun sözlərinə görə,
istintaq müəyyən edib ki, gəminin göyərtəsində əvvəl hesab
ediləndən daha çox sərnişin – ekipaj üzvləri ilə birlikdə 179 nəfər
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir