İordaniya 5 İran donunu vurub

Baş səhifə

Bakı.Trend:

İordaniya ordusu ölkənin Hava Hücumlarından Müdafiə qüvvələrinin
krallığın hava məkanını pozan beş İran pilotsuz uçuş aparatını məhv
etdiyini açıqlayıb.

Bu barədə ölkəni “Petra” dövlət xəbər agentliyi məlumat
yayıb.

“Dronlar əməliyyat tələblərinə və təsbit olunmuş müdafiə
prosedurların müvafiq olaraq effektiv və dəqiq şəkildə
zərərsizləşdirilib. Əməliyyat zamanı hər hansı can itkisi və ya
maddi ziyan qeydə alınmayıb”, -deyə məlumatda qeyd edilir.




İran son bir neçə gündə intensiv şəkildə körfəz ölkələrindən
olan ABŞ müttəfiqlərini o cümlədən, İordaniyanı dron və ballistik
raket hücumuna məruz qoyur.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir