
Bakı. Trend:
Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin
keçirilməyəcəyini bəyan edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Orteqa 1979–1990-cı illərdə prezident vəzifəsində olub. O,
2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri
hakimiyyətdə qalır.
Dövlət başçısının sözlərinə görə, seçkilərin ləğvi müxalifətin
hakimiyyətə gəlməsi imkanlarının qarşısını almaq məqsədi
daşıyır.
“Burada artıq onların hökuməti və hakimiyyəti ələ keçirməyə cəhd
göstərə biləcəyi seçkilər olmayacaq. Yankilər və somosistlər
tərəfindən dəstəklənən partiyaların yenidən hakimiyyətə qayıtdığı
dövrlər geridə qalıb və bir daha heç vaxt təkrarlanmayacaq”, – deyə
Orteqa bildirib.

