
Bakı. Trend:
Bu gündən 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qrupları
üçün məktəb seçimi başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat
xidmətinin məlumatına görə, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul
saat 15:00-dan etibarən başlayıb və valideynlər artıq məktəb seçimi
edə bilərlər.
Saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin
digər rayon və şəhərlərində məktəb seçimi başlayıb.
“Tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat
11:00-da başlayacaq”, – MÜTDA-nın mətbuat xidmətinin məlumatında
bildirilib.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14
sentyabr saat 18:00-a qədər davam edəcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il
təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul
olunur.
2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına
qeydiyyat prosesi 10 iyuldan etibarən başlayıb.
Xatırladaq ki, MÜTDA-nın rəsmi saytındakı məlumatlara görə, 06
may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə
ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna
start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı
vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu
ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini
əhatə edir.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq
qrupundan avtomatik olaraq I sinfə keçirilib.
Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin
olması mütləqdir.
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın
təmin edilməsi əsas hədəflərdəndir.

