
Berlin. Trend:
Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da
inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda,
Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa
gəldik.
Trend-in
xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın
Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat
konfransında söyləyib.
Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və
Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi
yanaşır.
“Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz
Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi
əhəmiyyət kəsb edir”, – deyə Fridrix Merts vurğulayıb.

