
Bakı.Trend:
Qətər BMT-nin Baş katibi Antonio Quterreşə və Təhlükəsizlik
Şurasının sədrinə iki rəsmi nota göndərərək, İranın Qətər ərazisinə
endirdiyi zərbələr nəticəsində vurduğua ziyana görə, hüquqi
məsuliyyətə cəlb olunmasını, həmçinin vurulmuş ziyanın ödənilməsini
tələb edib.
Bu barədə “Iran International” nəşri məlumat yayıb.
Məlumata görə, Qətərin BMT-dəki daimi nümayəndəsi Aliya Əhməd
bin Səid Al Tani məktublarında bildirib ki, İran 2026-cı il iyulun
7-də Hörmüz boğazı yaxınlığında Qətərə məxsus “Ər-Rukkiyyət”
gəmisinə hücum edib, həmçinin 2026-cı il iyulun 12-də və 17-də
raket zərbələri endirib.
Məktublarda qeyd olunur ki, Qətər Silahlı Qüvvələri bir neçə
ballistik raket hücumunun qarşısını alıb. Daxili İşlər Nazirliyi
raketlərin zərərsizləşdirilməsi zamanı qəlpələrin düşməsi
nəticəsində, o cümlədən bir uşağın da olduğu üç nəfərin yaralanmağı
qeydə alıb.
Doha İranın hücumlarını “təhlükəli və qəbuledilməz eskalasiya”
kimi qiymətləndirərək, onların beynəlxalq hüquq normalarına və
Cenevrə konvensiyalarına zidd olduğunu vurğulayıb. Bundan əlavə, bu
hərəkətlər BMT Təhlükəsizlik Şurasının İranın Qətərə və regionun
digər ölkələrinə hücumlarını pisləyən 2026-cı il tarixli 2817 saylı
qətnaməsinin pozulması kimi dəyərləndirilib.

