
Bakı.Trend:
Mavriki ABŞ-nin Artemis Ay proqramına qoşulan 70-ci ölkə
olub.
Bu barədə NASA məlumat yayıb.
Sazişi Mavriki adından ölkənin Ali Təhsil, Elm və Tədqiqatlar
Nazirliyinin daimi katibi Navindsinq Cuqmohunsinq imzalayıb.
“Hind okeanında yerləşən kiçik inkişaf etməkdə olan ada dövləti
olaraq, kosmosun bəşəriyyətə xidmət etməsinə, okeanlarımızın və
sahillərimizin qorunmasına, eləcə də bizim kimi ölkələrin səsinin
daha güclü eşidilməsinə çalışırıq. Mavriki kosmik fəaliyyətin idarə
olunmasının gələcəyinin formalaşdırılmasına, innovasiyalar və
tərəfdaşlıqlar üçün yeni imkanların yaradılmasına töhfə verməyə
hazırdır”, – deyə rəsmi bildirib.
Bundan əvvəl adıçəkilən proqrama Serbiya qoşulmuşdu.
Qeyd edək ki, Artemis NASA-nın rəhbərliyi ilə həyata keçirilən
beynəlxalq Ay tədqiqatı proqramıdır və onun əsas məqsədi insanları
yenidən Ay səthinə göndərmək, burada uzunmüddətli mövcudluq
yaratmaq və gələcəkdə Marsa pilotlu missiyalar üçün hazırlıq
görməkdir.

